“İnsan hüquqları aylığı” çərçivəsində “Demokratik cəmiyyətdə vətəndaşların hüquqları aylığı ” mövzusunda seminar keçirildi

09.06.2017-ci il tarixində Sabunçu rayonu 81 nömrəli tam orta məktəbdə “İnsan hüquqları aylığı” çərçivəsində “Demokratik cəmiyyətdə vətəndaşların hüquqları aylığı ” mövzusunda seminar keçirilmişdir. Seminarda məktəbin tarix müəllimi Mehri Ağacanova İnsan hüquqlarının tarixi inkişafi,Azərbaycan Respublikasında bu sahədə həyata keçirilmiş tədbirlər haqqında məruzə etdi.Eyni zamanda şagirdlərin hazırladıqları video çarx nümayiş etdirildi.