Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü il dönümü münasibətilə silsilə tədbirlər keçirildi

Sabunçu rayonu 81 nömrəlli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü il dönümü münasibətilə silsilə tədbirlər keçirildi. Tədbirdə ibtidai sinif şagirdlərin ifasında Vətənə, xalqa, qəhrəmanlığa aid şeirlər söylənilib, mahnılar və rəqslər nümaiş etdirildi. 2"B" sinfində “Dalğalan Azərbaycan!”,3"C" sinfində “Müstəqilliyimiz əbədidir”, 4"B" sinfində “Ey şanlı Vətən!”, 3"B" sinfində “ Qalx ayağa Azərbaycan!”,4"C" sinfində “Yaşa, yaşa yurdum mənim!” 2"C" sinfində ”El bilir ki,sən mənimsən”, 2"A" sinifində “Yurdumdur Azərbaycan!” mövzusunda tədbirlər keçirildi.