81 nömrəli tam orta məktəbdə IX siniflər arası voleybol və futbol yarışları keçirildi
2016/2017-ci tədris ilinin may ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Sağlam həyat tərzi” mövzusu ətrafında müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır.Bununla əlaqədar Sabuncu rayonu 81 nömrəli tam orta məktəbdə silsiləli yarışlar keçirilməkdə davam edir. 17.05.2017-ci il tarixində IX siniflər arası voleybol və futbol yarışları keçirildi.