Sabunçu rayonu 81 nömrəli tam orta məktəbdə Ümummilli liderimizin 94 il dönümünə həsr olunmuş “Məşələ dönən ömür” adlı ədəbi-bədii gecə keçirildi

28.04.2017-ci il tarixində Sabunçu rayonu 81 nömrəli tam orta məktəbin 1 a,b,c siniflərində Ümummilli liderimizin 94 il dönümünə həsr olunmuş “Məşələ dönən ömür” adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdə şagirdlərimiz Ümummilli liderimizə həsr olunmuş şeirlər söylədi,mahnılar və rəqslər ifa edildi.Heydər Əliyev haqqında məlumat verildi və videocarxlar nümaiş etdirildi. 28 aprel doğum günü münasibəti ilə oftolmoloq alim,gözəl ana,qayğıkeş ailə başçısı Zərifə xanım Əliyevada yad olundu.