BilBacar müsabiqəsinin Aprel ayı üzrə “Yarış” mərhələsi uğurla başa çatdı.
Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə BilBacar müsabiqəsinin Aprel ayı üzrə “Yarış” mərhələsi uğurla başa çatdı.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.