Sabunçu rayonu 81 № li tam orta məktəbdə Aprel Qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qələbəyə aparan yol” adlı tədbir keçirildi

2016-ci il aprel döyüşlərinin ildönümü münasibəti ilə 04.04.2017 – cı il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə Aprel Qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Qələbəyə aparan yol” adlı tədbir keçirildi. Tədbirdə Aprel Qəhrəmanlarının döyüş yolu işıqlandırıldı. Hərb tariximizin Şanlı səhifəsi olan ordumuzun aprel qələbələrinin tarixi əhəmiyyətindən danışıldı. Bu qələbə xalqla dövlətin, ordu ilə xalqın vəhdətinin, Azərbaycan Respublikasının Prezidenti – Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda apardığı siyasətin nəticələri kimi qiymətləndirildi.Sonda Aprel qəhrəmanlarına həsr olunmuş “Kəşfiyyatçılar” adlı sənədli bədii film nümayiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi