"Gəlin birlikdə oxuyaq" adlı dəyirmi masa keçirilib.
Bakı şəhəri 81 nömrəli tam orta məktəbin kitabxanaçısı Əminə Hüseynova tərəfindən "Oxu günü"nə həsr olunmuş "Gəlin birlikdə oxuyaq" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada şagirdlər mütaliə etdikləri kitablar haqqında öz fikirlərini bildirmiş, həmyaşıdlarına mütaliə etməyi tövsiyə etmişdirlər.