IX sinif şagirdləri ilə "İmtahan qabağı həyəcan və onun aradan qaldırılması"mövzusunda maarifləndirici görüş keçirildi.

Fəaliyyət planına əsasən məktəbin psixoloqu Rüstəmova Leyla tərəfindən IX sinif şagirdləri ilə "İmtahan qabağı həyəcan və onun aradan qaldırılması"mövzusunda maarifləndirici görüş keçirildi. Məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress halları aşkarlanan şagirdlərə psixoloji dəstək göstərməkdən ibarətdir.

İmtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklər,imtahan həyəcanı hissinin təbii hal olduğu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik ,psixoloji stress yaradacağını və uğur qazanmaları üçün bir maneədir.Bu səbəbdən, həyəcan hissinin minimuma endirilməsi, onun düzgün şəkildə idarə edilməsi və aradan qaldırılması ilə bağlı şagirdlərə müəyyən nəfəs texnikaları və psixoloji tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi