Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 9,10,11-ci sinif şagirdləri ilə peşəyönümlü ixtisaslar haqqında görüş keçirildi.

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 9,10,11-ci sinif şagirdləri ilə peşəyönümlü ixtisaslar haqqında görüş keçirildi.
Peşə seçimi uzunmüddətli prosesdir. Təəssüflər olsun ki, gənclərin əksəriyyəti orta məktəbi bitirdikdən sonra peşə seçimi ilə bağlı qərar verməli olduqda nə edəcəklərini bilmirlər.
Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar.Məhz bu məqsədlə 09.04.2025-ci il tarixində şagirdlərin peşəyönümü istiqamətində “Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi”müəllimləri Alimə xanım,Gülşən xanımın və məktəb direktoru Fərman Əmirovun təşkilatçılığı ilə şagirdlərlə müxtəlif peşə ixtisasları haqqında görüş keçirildi.Görüşdə peşə ixtisasları haqqında məlumat verildi, valideynlərə və şagirdlərə maraqlı olan suallar cavablandırıldı.