31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür

31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür✍️

Bu gün 12 minə yaxın azərbaycanlının qətli, onminlərlə insanın itkin düşməsi ilə nəticələnən Mart soyqırımından 107 il ötür. Belə ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur,Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları soyqırımına məruz qoyub.Soyqrırım ilə əlaqədar məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Osmanova Elzanın rəhbərliyi ilə 11C sinif şagirdi Qarayeva Gülbəs və 10C sinif şagirdi

Gəncəyev Hacı tərəfindən tədbir keçirilmişdir.Tədbirdə soyqırım haqqında məruzələr oxunmuş, maarifləndirici videoçarx göstərilmişdi.9b sinif şagirdi Həşimzadə Ataxan tarda ifa etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi