Məktəbdə ilaxır çərşənbə özünəməxsus şəkildə qeyd olundu

Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə ilaxır çərşənbə özünəməxsus şəkildə qeyd olundu . Novruz bayramında milli sərvətlərimizin, milli geyimlərimizin sehrinə düşürük. Məhz bu səbəbdən müəllimlərimiz bu gün mədəniyyətimiz, tariximiz , yaraşığımız olan kəlağayıda dərs keçərək şagirdlərə milli dəyərlərimizə hörmət etməyin , sadiqliyin vacibliyini vurğuladılar. Şagirdlərimiz tənəffüs fasiləsi zamanı yallı gedərək məktəbdə şən əhval-ruhiyyəli ortam yaratdılar. Biz də öz növbəmizdə məktəbimizin rəhbərliyi və kollektivi olaraq hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və uğurlar arzulayırıq.