81 №-li tam orta məktəbdə 30.03.2017-ci il tarixində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi

81 №-li tam orta məktəbdə 30.03.2017-ci il tarixində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirildi.Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Güloğlan Məmmədov,Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov,həkim narkoloq Qalib Məmmədov,Gənclər və İdman idarəsinin rəisi Raqif Əliyev,Təhsil İdarəsinin metodisti Tahirə Qədimova iştirak etdilər.Məktəbin akt zalında təşkil olunan tədbirdə şagirdlərin ifa etdiyi “Yaşamaq istəyirik” adlı səhnəcik nümayiş olundu.Məktəbin direktoru Mehriban xanım Əlizadə tədbiri açaraq çıxış üçün sözü qonaqlara verdi .Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.