5 Mart – Bədən tərbiyəsi və idman günüdür.
5 Mart – Bədən tərbiyəsi və idman günüdür.
Bu tarix cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Tədbirlər planına uyğun olaraq 81 nömrəli məktəbdə martın 3-dən müxtəlif siniflər üzrə idman yarışları keçirilir.
Məqsəd-şagirdlərdə sağlam həyat tərzini təbliğ etmək, fiziki fəallığı artırmaq və şagirdlərimizin həm fiziki, həm də mənəvi sağlamlığını dəstəkləmək, həmçinin, idmanla məşğul olmanın özünü daha yaxşı ifadə etmək, dostluq və əməkdaşlıq ruhunu gücləndirmək və hər bir şagirdin öz bacarıqlarını kəşf etməsinə şərait yaratmaqdır.