Məktəbimizdə növbəti Pedaqoji Şura İclası keçirildi.

15.02.2025-ci il tarixində məktəbimizdə növbəti Pedaqoji Şura İclası keçirildi.

İclası məktəbin direktoru Fərman Əmirov açıq elan etdi və birinci yarımilin yekunlarını təqdim edərək, əldə edilən nailiyyətlər,qarşıya çıxan çətinliklər,aylar ərzində məktəb üzrə keçirilən monitorinq nəticələrinin,dərsdinləmələrin təhlili, məktəbdə şagird davranış qaydalarının tətbiqi vəziyyətinin və təhlükəsizliyin təmin olunması üçün nəzarətin,növbətçiliyin gücləndirilməsi, pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi, IX və XI siniflərdə buraxılış imtahan fənlərinin tədrisinin, müəllim və şagirdlərin nizam-intizam qaydalarının,dərsə davamiyyətinin nəticələrinin, məktəb inventarlarının qoruması ilə bağlı görülən işlərin və s.məsələlərin müzakirəsini təhlil etdi.

Daha sonra Fərman Əmirov “Rəqəmsal məktəb” platformasının istifadəsi ilə bağlı müəllimlərə məlumat verdi, Bilbacar müsabiqəsinin təşkili və aylıq seansların yüksək səviyyədə keçirilməsi, şagirdlərin müsabiqədə iştirakının təmin edilməsi və RFO müsabiqəsində şagirdlərinin yüksək hazırlıqlı formada iştirakını təmin edilməsini diqqətə çatdırdı. Sonda bir qrup müəllim məktəbin ictimai işlərində göstərdikləri köməyə görə “Təşəkkürnamə” ilə təltif edildilər.

Pedaqoji şura iclası yekun qərarların qəbul edilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi