"Bulinq nədir" adlı maarifləndirici seminar keçirildi.

Fəaliyyət planına əsasən 2 fevral 2025-ci il tarixində "Uşaq Müdafiəsi və Təhlükəsizliyi mexanizmi layihəsi" çərçivəsində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu tərəfindən 6-cí sinif şagirdləri ilə"Bulinq nədir" adlı maarifləndirici seminar keçirildi. Tədbirin əsas məqsədi məktəbdə, şagirdlər arasında əlverişli sosial- emosional mühitin düzgün qurulması, davranış, etik qaydalara riayət edilməsi və bulinqin (hər hansı bir qrup üzvünün psixoloji, fizioloji təqiblərə məruz qalması, alçaldılması) baş verməsinə yol verilməməsi üçün şagirdləri məlumatlandırmaq idi. Tədbirin sonunda bulinqə aid qısa metrajlı film nümayiş etdirildi və şagirdlər tərəfindən verilmiş suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi