“Reproduktiv sağlamlıq , qohumlararası və erkən nikah "mövzusunda seminar keçirildi.

"Reproduktiv sağlamlıq"mövzusunda tədbirlər planına əsasən məktəbin psixoloqu Rüstəmova L ,məktəbin həkimi İsmayılova K. və tibb bacısı Məmmədova A .təskilatçılığı ilə 8-9 sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq , qohumlararası və erkən nikah "mövzusunda seminar keçirildi. Seminarda yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsini qeyd ediblər. Görüşdə sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranması və bütün həyat boyu qorunub-saxlanması xüsusi vurğulanıb.