"Gender bərabərliyi və məişət zorakılığı" mövzusunda seminar keçirildi.

Tədbirlər planına əsasən 4 fevral 2025-ci il tarixində məktəbin psixoloqu və UBTR in təşkilatçılığı ilə 6-7 sinif şagirdləri ilə "Gender bərabərliyi və məişət zorakılığı" mövzusunda seminar keçirildi. Tədbirdə mövzu haqqında şagirdlərə ətraflı məlumat verildi, maarifləndirici videoçarxlar nümayiş olundu. Sonda gender bərabərsizliyi, ayrı-seçkilik, erkən nigah, məişət zorakılığı mövzusu ətrafında diskussiya aparıldı, şagirdlər öz mövqelərini açıqlayıb, fikirlərini bölüşdülər.