"Zərərli vərdişlər" mövzusunda seminar keçirildi

Fəaliyyət planı əsasən məktəbin psixoloqu tərəfindən"Reproduktiv sağlamlıq "layihəsi çərçivəsində Vlll sinif şagirdləri ilə "Zərərli vərdişlər" mövzusunda seminar keçirildi . Seminarda siqaretin''alkoqol içkiləin,, narkotik vasitələrin insan orqanizminə və psixologiyasına mənfi təsirlərindən danışíldı.Yeniyetmələr arasında bu zərərli vərdişin cox yayılması təssüflə qeyd edildi və onların bu zərərli vərdişin aludəçisi olmamaq üçün özlərində formalalaşdırmalı olan xarakter xüsusiyyətləri barədə onlara tövsiyyələr verildi.Sonda şagirdlərlə siqaret cəkmənin insana təsiri mövzusunda debat aparıldı.Debat zamanı qruplarn sadaladığı arqumentlərlə bu zərərli vərdişlərin insana nə kimi mənfi təsirlərinin olduğunu bir daha dərk etdilər.