Polis İdarəsinin əməkdaşları Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə IX-X-XI siniflərində monitorinq keçirib.

Təhlükəsiz məktəb mühitinin qorunmasına dair Sabunçu rayonu Polis İdarəsinin əməkdaşları Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə IX-X-XI siniflərində monitorinq keçirib.
Monitorinq zamanı məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunub, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılıb, həmçinin dərsə davamiyyət, məktəbli formalarından istifadənin zəruriliyi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib.