81 № li tam orta məktəbdə 11.03.2017-ci il tarixində 10-cu sinif şagirdləri ilə “Gəncliyə Dəstək Layihəsi”nin rəhbərliyi ilə görüş keçirildi

Sabunçu rayonu 81 № li tam orta məktəbdə 11.03.2017-ci il tarixində 10-cu sinif şagirdləri ilə “Gəncliyə Dəstək Layihəsi”nin rəhbərliyi ilə görüş keçirildi. Layihənin məqsədi Azərbaycan cəmiyyətinə yüksək intellektli milli və mənəvi dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır.Bu məqsədə nail olmaq üçün seçiləcək məktəblilərin qəbul imtahanlarına hazırlaşmalarına dəstək gösdərilməklə yanaşı,onların hərtərəfli inkişafı üçün müxtəlif tədbir və görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.