Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Nəqşi-cahan" adlı dəyirmi masa keçirilib.

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin kitabxanaçısı Əminə İslamova tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş "Nəqşi-cahan" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada Naxçıvan Muxtar Respublikasının yaradılması, tarixi abidələri haqqında məruzələrlə çıxışlar olunub, tarixi abidələrin şəkilləri nümayiş edilmişdir.