30.11.2024-cü il tarixində 2024/2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi.

“Pedaqoji Şura” iclası keçirildi.
30.11.2024-cü il tarixində 2024/2025-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi. İclası açıq elan edən məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Fərman Əmirov tədris ili ərzində görülən işləri,qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırdı və gündəlikdə duran məsələlər (qış rejiminə hazırlıq, təhsilin keyfiyyətinin artırılması məqsədilə keçirilmiş dərs dinləmə,monitorinq və s.)müzakirə edildi.Həmçinin,məktəb idarəetməsi,tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması,dərslik və proqramlar,fənn kurikulumlarının tətbiqi kimi məsələlər müzakirə olundu.
Bundan əlavə,tədris ili ərzində məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılıb, rəy və təkliflər dinlənildi.
Sonda Tədris işləri üzrə direktor müavini Lamiyə İbrahimova sentyabr, oktyabr və noyabr aylarında görülən işlər barədə və IV siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnlərinin monitorinq nəticələrinin təhlili barədə məlumat verdi.