"Bulinq nədir? Bulinqin fəsadları" adlı maarifləndirici "Dəyirmi masa" keçirildi.

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu və Uşaq Birliyi Təşkilatının Rəhbəri tərəfindən fəaliyyət planına əsasən 28.11.2024-ci il tarixində 7 "d" sinif şagirdlərinin iştirakı ilə, "Bulinq nədir? Bulinqin fəsadları" adlı maarifləndirici "Dəyirmi masa" keçirildi. Tədbirin əsas məqsədi şagirdlər arasında məktəbdə əlverişli sosial-emosional mühitin düzgün qurulması, davranış və etik qaydalara riayət edilməsi, bulinqin (hər hansı bir qrup üzvünün, psixoloji, fizioloji təqiblərə məruz qalması, alçaldılması) baş verməsinə yol verilməməsi üçün şagirdləri məlumatlandırmaq idi.Şagirdlərə bulinqə aid video çarx göstərildi.