Təşəkkürnamə təqdim olundu

81 nömrəli tam orta məktəbin direktoru Fərman Əmirova Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tərəfindən Təşəkkürnamə təqdim olunub.

Təşəkkürnamədə məktəbimizin məzunu Quliyeva Nəzrin Cahid qızı (Kompüter mühəndisliyi - 613.8 bal) Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2024/2025-ci tədris ili üzrə qəbul imtahanlarından yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmışdır.

Elmar Qasımov məktəb rəhbərliyini və kollektivin bütün üzvlərini təbrik edərək, nümunəvi gənclərin yetişdirilməsində əvəzsiz rolu olan bütün müəllimlərə təşəkkürünü bildirib.

Biz də öz növbəmizdə məzunumuz Nəzrin Quliyevanı təbrik edir, onun uğurlarında payı olan bütün müəllimlərimizə təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi