Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verildi.

Azərbaycanda ilk dəfə Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil İnstitutunun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, STEAM Azərbaycanın dəstəyi ilə Beynəlxalq Kosmik Olimpiadanın milli mərhələsinə start verildi.
Bu mərhələyə əsasən,ilkin tapşırığın icrası üçün Google Meet platforması üzərindən keçirilən görüşdə, yarışda məktəbimizi təmsil edən koordinator,fasiltator ve 20 nəfər şagirdlə birlikdə,tapşırıqla bağlı müzakirələr edilib,qərarlar qəbul olundu.