"Microsoft Sertifikatlı Pedaqoq" təliminin imtahanını uğurla başa vurub.
Məktəbimizin 2 müəllimi "Microsoft Sertifikatlı Pedaqoq" təliminin imtahanını uğurla başa vurub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” arasında imzalanmış 03 iyun 2024-cü il tarixli 11 saylı müqaviləyə əsasən "Microsoft sertifikatlı pedaqoq" təlimində Azərbaycan dili və ədəbiyyatı müəllimi Səyidə Əsədova, İngilis dili müəllimi Leylan İsmayılova iştirak ediblər.
19.10.2024-cü il tarixdə təşkil olunmuş imtahanda uğurlu nəticə əldə edərək Microsoft Sertifikatlı Pedaqoq adına layiq görülüblər.
Müəllimlərimizi səmimi qəlbdən təbrik edir, uğurlar arzulayırıq!