Ümumdünya Psixi Sağlamlıq Günü

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü (World Mental Healthy Day) kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün ümumi məqsədi bütün dünyada psixi sağlamlıq problemlərinə dair məlumatlılığı artırmaq və psixi sağlamlığı dəstəkləmək üçün səyləri səfərbər etməkdir.

10 oktyabr 2024-cü il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixolu Rüstəmova Leyla tərəfindən 8 cisinif şagirdləri ilə maarifləndirici seminar keçirildi. Seminarda psixi sağlamlığın əlamətləri: özünüdərk və qiymətləndirmə, ünsiyyət qura bilmə və ondan zövq ala bilmə, sağlam qidalanma və rahat yuxu, hisslərin dərki və ifadəsi, emosional stabilliyi, həyatda məna və məqsədin olması, aktivlik və istirahət arasındakı tarazlıq və s. şagirdlərə izah olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi