Şagirdlərdə kiçik motorikanın,oxşarı bilmək bacarığının müəyyənləşdirilməsi

Fəaliyyət planının 1.2.1-ci bəndinə əsasən birinci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə məktəbin psixoloqu Rüstəmova Leyla tərəfindən Kern-Yerasik kamilliyin məktəb oriyentasiyalı testi tətbiq edildi. Test qrafik imla, insan şəkli çəkmək və fəza vəziyyətinə görə qeyd olunmuş nöqtələrin olduğu kimi üzdən köçürülməsi tapşırıqlarından ibarətdir. Məqsəd test vasitəsilə şagirdlərdə kiçik motorikanın,oxşarı bilmək bacarığının müəyyənləşdirilməsi,ixtiyari diqqətin,ümumi intellektual səviyyənin öyrənilməsi və təlim tapşırığını qəbul etmək bacarığının aşkar edilməsi idi. Test şagirdlər tərəfindən maraqla icra edildi. #EduAz #BakuEduAz #Mekteb81 #Məktəb #Müəllim #Şagird #psixoloq