Valideynlərin təhsil müəssisəsi ilə əməkdaşlığı

Günü-gündən inkişaf edən, məzmun cəhətdən yenilənən təhsilimizdə baş verən proseslərdə valideynlərin kənarda qalması mümkün deyil. Buna görə də valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir. Lakin valideynlərin çox az hissəsi bu məsuliyyəti dərk etsə də, böyük hissəsi gənc nəslin təlim-tərbiyəsini təkcə məktəbin və müəllimin üzərinə düşən vəzifə hesab edir, prosesdə yaxından iştirak etmir. Qeyd edək ki, bu vacib məsələ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsində də öz əksini tapıb. Qanunda valideynlərin təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək kimi hüquqları mövcuddur.

Bu maddəyə əsasən 2024/2025-ci tədris ilinin başlanması münasibətilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru və müəllimləri valideynlərlə görüş təşkil etdilər.Valideynlər şagirdlərin geyimləri,dərslikləri və davranış qaydaları haqqında məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi