Komissiyanın iştirakı ilə imtahan keçirildi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 may 2014-cü il tarixli,522 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalara əsasən,1-3 fəndən(fənlərdən) illik “qeyri-kafi” qiymət almış VIII və X sinif şagirdləri yay-tədris tapşırıqları üzrə imtahanlara cəlb edildi.İmtahanlar məktəbdə 30.08.2024-31.08.2024 tarixləri üzrə təyin olunmuş komissiyanın iştirakı ilə həyata keçirildi.