SON ZƏNG: Məktəbin son, gələcək uğurların ilk sədası.

"Son zəng": Məktəbin son, gələcək uğurların ilk sədası.
Hər anı bir ömrə bərabər 11 ili sonlandıran zəng…Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-cilər tənəffüs üçün dəhlizə yox, müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.
İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi,Bakı şəhəri 81 nömrəli tam orta məktəbində də “Son zəng” çalındı. Tədbirdə iştirak edən məzunlar, müəllimlər, məktəb direktoru əlamətdar günü bir yerdə qeyd etdilər.