81 №-li tam orta məktəbdə Azərbaycan dili fənnindən 6b sinfində “Nemar və Simnar”,”Mətn və lüğət üzrə iş.Feilin arzu şəkli” mövzusunda açıq dərs keçirildi

22.02.2017-ci il tarixində 81 №-li tam orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəlliməsi Ismayilova Yasəmən tərəfindən 6b sinfində Azərbaycan dili fənnindən “Nemar və Simnar”,”Mətn və lüğət üzrə iş.Feilin arzu şəkli” mövzusunda açıq dərs keçirildi.Dərsin keçirilməsində məqsəd N.Gəncəvinin “Yeddi Gözəl” poemasından verilmiş hissənin məzmununu mənimsətmək,mənası tanış olmayan sözlərin mənasını izah etmək,feilin arzu şəklini digər şəkillərdən fərqləndirmək idi