81 № li tam orta məktəbdə “Xocalı soyqırımı 25 il” adlı tədbir keçirildi

Sabunçu rayonu 81 № li tam orta məktəbin 1c,8c və 10a sinif şagirdləri soyqırımın qurbanlarını yad etmək, doğma vətənə sevgi, məhəbbət aşılamaq onlar arasında milli vətənpərvərlik ruhunu oyatmaq məqsədilə “Xocalı soyqırımı 25 il” adlı tədbir keçirdilər. Şagirdlər Xocalı soyqırımı haqda geniş məlumat verib, Xocalının harayına həsr edilmiş şeirlər söyləyib, hərbi mahnılar oxudular.