Məktəb kollektivi təlimatlandırıldı

2023-2024-cü tədris ilinin əvvəlində məktəbdə bir çox sahələrdə keyfiyyətin müəyyən olunması və qiymətləndirilməsi üçün TKTA tərəfindən monitorinq həyata keçirilmişdir. Monitorinqin nəticələrinin təhlili və inkişafa ehtiyacı olan sahələr üzrə keyfiyyətin artırılması məqsədilə həyata keçiriləcək işlərlə məktəb kollektivini təlimatlandırmaq üçün məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri təlimlərə cəlb olunmuşdur.Bakı şəhəri 81 nömrəli tam orta məktəbin təlimlərdə iştirak edən direktor müavini Sevinc Qasımova və ingilis dili metodbirləşmə sədri Leylan İsmayılova pedaqoji kollektivi monitorinqin nəticələri ilə tanış etdilər və inspeksiyanın qiymətləndirmə meyarlarını açıqlayıb, inkişaf üçün nəzərdə tutulan fəaliyyətlərin komanda şəklində icra olunacağı haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi