Hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.

1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü (World Mental Healthy Day) kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün ümumi məqsədi bütün dünyada psixi sağlamlıq problemlərinə dair məlumatlılığı artırmaq və psixi sağlamlığı dəstəkləmək üçün səyləri səfərbər etməkdir.

10 oktyabr 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqları tərəfindən 10-cu sinif şagirdləri ilə maarifləndirici seminar keçirildi. Seminarda psixi sağlamlığın əlamətləri: özünüdərk və qiymətləndirmə, ünsiyyət qura bilmə və ondan zövq ala bilmə, sağlam qidalanma və rahat yuxu, hisslərin dərki və ifadəsi, emosional stabilliyi, həyatda məna və məqsədin olması, aktivlik və istirahət arasındakı tarazlıq və s. şagirdlərə izah olundu.Sonda kiçik psixoloji oyun keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi