Pedaqoji Şuranın ilk iclası keçirildi

12 sentyabr 2023-cü il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ili üçün Pedaqoji Şuranın ilk iclası keçirildi. İclasda ötən tədris ilində görülmüş işlər, müəllimlərin sertifikasiya imtahanında iştirakı, dərs bölgüsü, iş rejimi, siniflərin növbəsi, fənn aylıqları, siniflərin texniki avadanlıqlarla təchiz olunması və bir çox başqa məsələlər haqqında danışıldı.