Sabunçu rayonu 81 №-li tam orta məktəbin bütün siniflərində ilk dərslər “20 Yanvar” faciəsinin 27-ci ildönümünə həsr olundu

19.01.2017-ci il tarixində Sabunçu rayonu 81 №-li tam orta məktəbin bütün siniflərində ilk dərslər “20 Yanvar” faciəsinin 27-ci ildönümünə həsr olundu. Gün ərzində ayrı-ayrı siniflərdə açıq dərslər keçirildi, şeirlər deyildi.Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı” şagirdlər tərəfindən ziyarət olundu. Günün sonunda məktəbin akt zalında “Qanlı Yanvar” adlı tədbir keçirildi.Məktəbin direktoru Mehriban Əlizadə tədbiri açıq elan edərkən 1990-cı ilin yanvar faciəsindən danışdı,həlak olan şəhidlərin ruhu məktəbin şagird-müəllim kollektivi tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimləri Ağacanova Mehri və Ədilxanova Samirə tədbirdə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi