Pedaqoji Şuranın iclası keçirildi

Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fəaliyyət planına uyğun olaraq Pedaqoji Şuranın iclası keçirildi. İclasda şagirdlərin dərsə davamiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin nəticələri, zəif nəticə göstərən şagirdlərlə əlavə dərslərin təşkil olunması və bu kimi məsələlər müzakirə olundu. Həmçinin I yarımildə görülmüş işlər,fənn aylıqları, siniflərin texniki avadanlıqlarla təchiz olunması və bir çox başqa məsələlər haqqında danışıldı.