Hollandın peşə seçimi invertarı sorğusu keçirilib

Fəaliyyət planına əsasən yanvar ayında məktəbin psixoloqu Rüstəmova Leyla tərəfindən 8 -ci siniflərdə "Hollandın peşə seçimi invertarı" sorğusu keçirilib. Jon Holland ixtisas seçiminin yaradıcısıdır. Hollanda görə ixtisas seçimləri şəxsiyyətin bir ifadəsidir və buna görə 6 şəxsiyyət tipi mövcuddur. Bunlar sırasıyla analizetmə,incəsənət, sosial, təşəbbüskar ,həqiqətpərəst və ənənəvistdir.İnsanlar bu tiplərdən yalnız birinə bənzəməklə yanaşı sosial çevrə ,ailənin, yaşıdlarının,sosial sinfinin ,fiziki çevrə və bu kimi bir çox təsirlərin nəticələri bir tipdən müəyyən xüsusiyyətlərə sahib ola bilir. Bu testin köməyi ilə şagirdin hansı qrupdakı şəxsiyyət xüsusiyyətlərini daşıdığı aşkara çıxarılır.Bununla yanaşı şagirdlərə sorğunun cavablarını açıqlayarkən, eyni zamanda bu barədə tövsiyələr və məsləhətlər verildi.