“Şuşanın 270 anı" bədii-sənədli filminin nümayişi

8 dekabr 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində “Şuşanın 270 anı" bədii-sənədli filmi nümayiş olundu. Tədbirdə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri, tanınmış teleaparıcı Lalə Azərtaş, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyətinin "İctimai siyasi və humanitar məsələlər şöbəsi"nin müdiri Ədalət Teymurov, Zabrat sakini, ağsaqqallar şurasının sədri, "Dəmir yumruq" şeirinin müəllifi Vəli Qaraçaylı, məktəbin hərbçi və qazi məzunları Sərxan Hüseynov, Kamandar Əzizov, Rüstəm Omarov, Əli Əliyev iştirak edirdi. İlk öncə qonaqlar dəhlizdə şagirdlərin əl işlərindən ibarət sərgiyə və 3-cü və 4-cü sinif şagirdlərinin təqdimatında nümayiş olunan rəqsə tamaşa etdilər. Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı və məktəbin direktoru Mehriban Əli-zadə çıxış edərək qonaqlara öz təşəkkürünü bildirdi, Lalə Azərtaş çıxış edərək filmin ərsəyə gəlməsi haqqında məlumat verdi. "Şuşanın 270 anı" filmi təqdim olunduqdan Sonra şagirdlərin şeir, mahnı və rəqslərindən ibarət çıxışları izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi