"Hüquqlarımız və vəzifələrimiz"

BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş "Uşaq hüquqları Konvensiyası" bu il Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Bu baxımdan, 20 oktyabr - 20 noyabr "Uşaq hüquqları aylığı" elan olunub. Uşaq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Fəaliyyət planına əsasən 14 noyabr 2022-ci il tarixində məktəbin psixoloqları və UBTR-i tərəfindən 6-cı sinif şagirdləri ilə "Hüquqlarımız və vəzifələrimiz" adlı tədbir keçirilib.

Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verildi, videoçarxlar, slaydlar nümayiş olundu. Eyni zamanda, şagirdlərin hazırladıqları səhnəcik və təqdimatlar dinlənildi. Şagirdlər təqdim etdikləri məlumatları çəkdikləri rəsmlərlə tamamladılar.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının müdafiəsi və təbliği, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi