"İntihar çıxış yolu deyil" mövzusunda valideynlərlə görüş keçirildi.

Məktəbin fəaliyyət planına əsasən 22 oktyabr 2022-ci il tarixində məktəbin psixoloqları tərəfindən "İntihar çıxış yolu deyil" mövzusunda valideynlərlə görüş keçirildi. Görüşdə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, yaş dövründə baş verə biləcək dəyişikliklər, valideyn-övlad münasibətləri və digər məsələlər ətrafında müzakirələr aparıldı. Sonda valideynləri narahat edən suallar cavablandırıldı.