"Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları"

21 oktyabr 2022-ci il tarixində yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meyllərin qarşısını alınması istiqamətində məktəbin psixoloqları tərəfindən "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları" adlı tədbir keçirildi. Hər hansı zərərli vərdişin əmələ gəlməsində əsas səbəb psixi və fiziki asılılığın olmasıdır. Asılılıqla mübarizə aparmaq üçün isə insan əvvəl bu vərdişlərin ziyanı barədə məlumatlanmalı, daha sonra özündə iradə tərbiyə etməli və zərərli vərdişlərə "yox"deməlidir.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları haqqında məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət idi. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx, slaydlar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.