2010-2012-ci il təvəllüdlü məktəb komandaları arasında şahmat turniri keçirildi

20 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən Sabunçu şəhidlərinin xatirəsinə həsr olunmuş 2010-2012-ci il təvəllüdlü məktəb komandaları arasında şahmat turniri keçirildi. Bakı şəhəri 81 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin rəhbərliyi ilə 5, 6, 7-ci sinif şagirdləri də yarışda iştirak etdi.