"İdmanla sağlam gələcək" devizi altında mini-futbol turniri

19 oktyabr 2022-ci il tarixində Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "İdmanla sağlam gələcək" devizi altında qəsəbələr arasında 2009-2011-ci il təvəllüdlü oğlanlar arasında mini-futbol turnirinin Sabunçu və Zabrat zona mərhələsi keçirildi. Bakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdləri də fiziki tərbiyə müəlliminin rəhbərliyi ilə turnirdə iştirak etdi.