"Son zəng" tədbiri

14 iyun 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Məktəbin 11 "a", 11 "b" və 11 "c" sinif rəhbərlərinin təşkilatçılığı və şagirdlərin iştirakı ilə baş tutan tədbirdə məktəbin direktoru, direktor müavinləri, Zabrat qəsəbəsinin bələdiyyə sədri çıxış edərək şagirdləri təbrik etdilər. Məzunlar bir sıra mahnılar, rəqslər, səhnəciklər nümayiş etdilər.