08.11.2016 tarixində Sabunçu rayonu 81№ li tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş “Əbədi dalğalan bayrağım” adlı tədbir keçirildi.
Bayraq gününə həsr olunmuş silsilə tədbirlərə yekun olaraq 08.11.2016 tarixində Sabunçu rayonu 81№ li tam orta məktəbdə Bayraq Gününə həsr olunmuş “Əbədi dalğalan bayrağım” adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Bayrağımızın yaranma tarixi haqqında məlumat verildi.Şagirdlərin ifasında bayrağa həsr olunmuş nəğmələr və şeirlər söylənildi.Tədbir şagird və müəllim kollektivinin yüksək vətənpərvərlik coşğusu ilə Zabrat qəsəbəsinin məktəb və məktəbətrafı yürüşü ilə başa çatdı.