81 № li tam orta məktəbin həyətyani sahəsində “Ətraf mühitin mühafizəsinə töhfə verək” devizi altında yaşıllaşdırma aksiyası keçirildi

Şagirdlərin ekoloji savadını artırmaq,onların ətraf mühitin qorunması ilə bağlı sosial bacarıqlarının formalaşdırılması üçün Sabunçu rayonu 81 № li tam orta məktəbin həyətyani sahəsində “Ətraf mühitin mühafizəsinə töhfə verək” devizi altında yaşıllaşdırma aksiyası keçirildi. Aksiyada məktəbin rəhbərliyi,sinif rəhbərləri, şagirdlər və valideynlər iştirak etdilər. Məktəbyani sahədə yaşıl ağac və gül kolları əkildi. 1-ci sinif şagirdləri də texnologiya dərsində dibçəklərdə gül əkdilər.