"Xonçalı Novruz gəlir" adlı tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 mart 2022-ci il tarixli F-85 nömrəli əmri ilə təsdiq edilmiş "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına əsasən 15 mart 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu, UBTR-i, kitabxanaçısı tərəfindən şagirdlərin iştirakı ilə "Xonçalı Novruz gəlir" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərin ifasında milli rəqslər, bayatılar, səhnəciklər nümayiş olundu. Rəhbərlik tərəfindən şagirdlər və təşkilatçılar təltifnamə ilə mükafatlandırıldılar.