81 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Müstəqilliyinin 25 – ci ildönümü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi
18.10.2016 – cı il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Müstəqilliyinin 25 – ci ildönümü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərimizə müstəqilliyimizin tarixi kökləri haqqında məlumat vermək və eyni zamanda onlarda vətənpərvərlik hissini inkişaf etdirməkdir. Tədbirdə şagirdlərimizin ifasında müstəqilliyə aid şeirlər və mahnılar səsləndirildi. Tədbirin sonunda ötən tədris ilində məktəbimizin ümumi orta təhsilini xüsusi nümunə ilə bitirən şagirdlərə rəhbərlik tərəfindən təntənəli surətdə fərqlənmə şəhadətnamələri təqdim olundu.